RU

Bu ölkə rusiyayönlülərə qarşı 180 minə yaxın cinayət işi açıb

Ukraynada ortaya rusiyayönlü mövqe qoyan və Rusiya Federasiyası Silahlı Qüvvələrinə yardım edən şəxslərə görə 180 minə yaxın cinayət işi açılıb. Bu barədə TASS-a Rusiya Milli Qvardiyasının polkovnik-leytenantı, siyasi xadim, yazıçı Zaxar Prilepin məlumat verib.


“Repressiv Ukrayna dövləti qarşısında vətənini sözdə və əməldə dəstəkləyən ruslar xilas edilməlidir”, - deyə Prilepin bildirib.

O əlavə edib ki, rəhbərlik etdiyi qərargah iki ildir ki, məhbus mübadiləsi çərçivəsində rusiyayönlü siyasi məhbusların Rusiyaya köçürülməsi üçün mübarizə aparır. Prilepinin qərargahında Ukraynadan mülki məhbusların qaytarılması işinə Dövlət Dumasının deputatı Dmitri Kuznetsov nəzarət edir.

Mayın 23-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair Rusiya-Ukrayna sazişləri çərçivəsində Kiyevin nəzarətində olan ərazidən 270 rus hərbçisi, o cümlədən Kursk vilayətinin sakinləri də daxil olmaqla 120 mülki şəxs Moskvaya gətirilib. Ukrayna isə 270 hərbçi və 120 mülki şəxsi qəbul edib.


Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi yaxın günlərdə də davam edəcək.

Tural

Избранный
0
26
news365.az

10Источники