RU

Putin kosmik gəmilərlə bağlı göstəriş verdi

Rusiya prezidenti Vladimir Putin "Roskosmos"a təhsil və elmi məqsədlər üçün kiçik kosmik gəmilərin buraxılmasına dəstək göstərməyi əmr edib. SİA xəbər verir ki, dövlət başçısının Moskva Dövlət Texniki Universitetinin tələbələri ilə görüşündən sonra verilən tapşırıqların tam siyahısı Kremlin saytında dərc olunub. Sənəddə deyilir ki, bunun "UniverSat" proqramının genişləndirilməsini nəzərdə tutan əvvəllər verilmiş göstərişlər nəzərə alınmaqla yerinə yetirilməsi tapşırılıb. Hesabat 2025-ci il sentyabrın 1-dək təqdim edilməlidir. Putin bu prosesə nəzarəti "Roskosmos"un baş direktoru Dmitri Bakanova tapşırıb.

Избранный
0
1
sia.az

10Источники