Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, mayın 22-də Rusiyanın Su-24 təyyarəsi Baltik dənizi üzərindən NATO hava məkanına daxil olub.
Bununla əlaqədar olaraq NATO-nun Avropadakı əməliyyat komandanlığı polşalı pilotlara təyyarənin qarşısını almaq əmri verib. Müdafiə naziri “TVP İnfo” telekanalında bildirib ki, Su-24 təhlükəli manevrlər edib. Bu, təsadüfi bir hərəkət deyildi – Kosinyak-Kamış bildirib. Onun sözlərinə görə, bu, son bir neçə həftə ərzində ikinci belə hadisədir.
Qeyd edək ki, Baltik dənizi üzərindəki ərazi Polşa missiyası tərəfindən patrul edilir. Buraya 150 əsgər və F-14 təyyarələri daxildir, TVP Info qeyd edir. Polşa Silahlı Qüvvələri Rusiya uzaqmənzilli aviasiyasının hərəkətləri səbəbindən bir neçə dəfə qırıcı təyyarələri göyə qaldırıb.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Aerokosmik Qüvvələrin təyyarələrinin bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.
//Samir Qurbanov, Editor.az