Aktual.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu çıxış edib.
Deputat bildirib ki, Xocalı hava limanın hər bir azərbaycanlı üçün simvolik əhəmiyyəti var: "Düşünürəm ki, önümüzdəki mərhələdə hava limanlarının sırasına Xocalı hava limanın yenidən istismara verilməsi də daxil olacaq. Füzulidə, Laçında hava limanlarının açılması, onların göstərdikləri xidmət çox əhəmiyyətlidir”.