RU

Milli Məclis bu sənədi təsdiqlədi

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib. 

Nuranə Daxilqızı

Избранный
0
9
qafqazinfo.az

10Источники