24-25 may tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dək rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 150-dək çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.