"Qarabağ haqqında həmişə babamdan eşitmişəm. Oraların çox gözəl, bərəkətli olduğu deyir. İndi isə özüm ata yurduma gedirəm. Təhsilimi orada davam etdirib, xalqımıza xidmət edəcəm".
Bizim.Media xəbər verir ki, bu sözləri bu gün ailəsi ilə Xocalı rayonun Ballıca kəndinə köç edən Aynurə Məmişova deyib.
Altıncı sinif şagirdi olan həmsöhbətimiz çox sevincli və Qarabağa böyük qayıdışın bir üzvü olmağın həyəcanını yaşayır.
"Çox qəşəng olar məncə. Təmiz, səliqəli abad kəndimizdə yaşayacağıq. Mən 6-cı sinifdə oxuyuram. Babam oraların çox gözəl olduğu barədə bizə danışıb".
Xatırladaq ki, bu gün Xocalı rayonun Ballıca kəndinə növbəti köç karvanı yola düşüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта