RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Bakı, 22 may, AZƏRTAC

Mayın 21-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

 

Избранный
0
37
azertag.az

10Источники