RU

Azərbaycanlı hakimə məsul təyinat

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının oyununu idarə edəcək.

Kamal Umudlu final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya görüşünün baş hakimi olacaq. Ona finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.

Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu təmsilçimiz əvəzləyib.

İdman.biz

Избранный
0
5
idman.biz

10Источники