Ermənistan Xarici İşlər Nazirliyi qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilir.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların getdiyi Ermənistan XİN-in binasının yaxınlığında Rusiya əleyhinə plakatlar qaldırılıb.
Etirazlar keçmiş deputat Armen Babacanyanın təşəbbüsü ilə baş verir.