RU

İstanbul sahilində zəlzələ olub

İstanbulun Mərmərə sahilində 4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin Bahçelievler rayonundan 23,63 km cənub-qərbdə – Mərmərə dənizində qeydə alınıb. Zəlzələnin ocağı 8,16 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatıladaq ki, aprelin 23-də İstanbulda güclü zəlzələ baş vermişdi.
Избранный
0
7
7news.az

10Источники