RU

Tramp: “Ukrayna-Rusiya münaqişəsinin həllində irəliləyiş olmasa, geri çəkiləcəyəm”- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna-Rusiya münaqişəsinin həlli prosesində uğur əldə olunmayacağı təqdirdə bu səylərdən çəkilə bilər. Olaylar.az xəbər verir ki, Trampın jurnalistlərlə Ağ Evdə keçirdiyi sual-cavab sessiyasının videogörüntüsünü "Forbes Breaking News" yayımlayıb.
"Düşünürəm, nəsə baş verəcək. Əgər bu baş verməzsə, sadəcə geri çəkiləcəyəm, onlarsa davam etməli olacaqlar," - deyə Tramp bildirib.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə 19 mayda baş tutan telefon danışığı zamanı Ukrayna böhranının həllini müzakirə edərkən ona "artıq irəliləməyin vaxtıdır" deyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə ABŞ-nin vasitəçilik səylərindən imtina etmədiyini vurğulayıb.
"Xeyr, ABŞ geri çəkilmir, onlar nəticəyə tez bir zamanda nail olunmasında maraqlıdır. ABŞ Prezidenti bu barədə danışıb və Prezident Putin də bu mövqeni bölüşür," - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib: "Biz də münaqişənin əsas səbəblərinin aradan qaldırılması yolu ilə onun tezliklə həllində maraqlıyıq, bu gün Prezident Putin də bunu vurğuladı. Bu, yəqin ki, irəli sürüləcək bütün təşəbbüslərin əsasını təşkil edəcək."
Peskov həmçinin qeyd edib ki, ABŞ bu günə qədər çox effektiv vasitəçilik rolu oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
50
olaylar.az

10Источники