Kriştianu Ronaldonun oğlu Junior Kriştianu Portuqaliya U-15 millisində növbəti matçına çıxıb.
Spotinfo.az xəbər verir ki, o, Xorvatiya ilə oyunda forma geyinib.
Junior bu matçda iki qol vurub. O, matçın 13 və 44-cü dəqiqəsində fərqlənib. Nəticədə Portuqaliya Xorvatiyaya 3:2 hesabı ilə qalib gəlib.
Daha əvvəl “Real”ın Junior Kriştiano ilə maraqlandığı yazılmışdı. Madrid təmsilçisinin skautları futbolçunu bu matçda izləyiblər.