ABŞ-də Ali məhkəmə Tramp administrasiyasının ölkədəki 350 minə yaxın venesuelalı miqrantı deportasiyadan müdafiə edən qərarın qüvvədən düşməsini dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə Ali məhkəmə orqanının saytında dərc olunan sənəddə deyilir.
İş materiallarına görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası venesuelalı miqrantlara azı iki dəfə müvəqqəti qoruma statusu verib.
Ümumilikdə 600 minə yaxın insan onu əldə edə bilib. Bu status onlara iş icazəsi almağa və ABŞ-da qanuni yaşamaq imkanı verib.