RU

Bakıda sərxoş kişi sərnişin avtobusunun şüşəsini sındırdı: "Saxla maşını, ala..." - VİDEO

Bakıda xuliqanlıq hadisəsi qeydə alınıb.

 

Hadisə mayın 17-si axşam saatlarında baş verib.

 

Belə ki, avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən orta yaşlı şəxs qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb. Həmin şəxs ictimai nəqliyyatdan düşərək yoluna davam edib. Onun sərxoş olduğu deyilir.

 

Məsələ ilə bağlı DİN-in "102" xidmətinə məlumat verilib.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

 

Oxu.az

 

Tarix: 19 May 2025, 11:32   
Избранный
0
11
pravda.az

10Источники