RU

Qusar xətəxanası ətrafında problem bitmir- Bu dəfə də xəzinadar cəzalandırıldı

“Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ətrafındakı cinayət qalmaqalları bitmir.

Ulusal.az  xəbər verir ki, xəstəxananın xəzinədarı 20 minlik mənimsəməyə görə məsuliyyətə cəlb edilib. Onun barəsində mənimsəmə ittihamı ilə cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, xəzinadar kassaya mədaxil etməli olduğu 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Onun sözlərindən aydın olub ki, xəstəxanada yoxlamalar vaxtı-vaxtında aparılmadığı üçün onun kassadakı kəsirlərindən xəbər tutulmayıb.

Məlum olub ki, onun da cinayət əməli xəstəxanının sabiq direktoru, hazırda həbsdə olan Mübariz Zeynalovun dövrünə təsadüf edir. Mübariz Zeynalov da külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edilib. 7 il həbs cəzası alan Mübariz Zeynalov daha əvvəl də bir cinayət işində zərərçəkmiş kimi tanınmışdı. O, baş həkim olmaq üçün 130 min pul verərkən aldadılmışdı.

Xəstəxana ətrafındakı qalmaqal və qanun pozuntuları bununla da bitməyib. Dəfələrlə direktoru dəyişsə də problemləri tükənmək bilmir.

Qusar Rayon Mərkəzi Xəstəxanasına son olaraq Kamil Hacıyev direktor təyin edilib. Onun gəlişindən sonra da xəstəxananın adı problemdən kənarda qalmayıb. Bu dəfə də əmək müqaviləsi qüvvəyə minmədən işçi işlətdiyi üçün həm hüquqi şəxs olaraq xəstəxana, həm də direktor ümumilikdə 23 min manat cərimələnib.Musavat.com

Избранный
0
6
moderator.az

10Источники