RU

Formula 1: Ferstappen 2-ci zəfərini İtaliyada yaşadı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 7-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarışı İtaliyada təşkil olunub.

Emiliya Romanya qran-prisi “Red Bull”un pilotu, ötən mövsümün qalibi Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı 27 yaşlı pilot 63 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə ikinci, karyerası ərzində 65-ci qələbəsidir.

Cari mövsümün ilk qran-prisinin qalibi olmuş Lando Norris (“Maklaren”) bu yarışda ikinci olub. Norrisin komanda yoldaşı, mövsümün lideri olan Oskar Piastri isə İtaliyada üçüncü yerlə kifayətlənib.

Geridə qalmış 7 mərhələdən sonra Oskar Piastri 146 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 133 xalla ikincidir. Maks Ferstappen isə 124 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 279 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 147 xalla ikinci, “Red Bull” 131 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 8-ci qran-prisi Fransada keçiriləcək. Monakoda baş tutacaq bu yarış mayın 25-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 146
  2. Lando Norris (Maklaren) – 133
  3. Maks Ferstappen (Red Bull) – 124
  4. Corc Rassell (Mersedes) – 99
  5. Şarl Lekler (Ferrari) – 61
  6. Luis Hamilton (Ferrari) – 53
  7. Kimi Antonelli (Mersedes) – 48
  8. Aleksander Albon (Uilyams) – 40
  9. Esteban Okon (Haas) – 14
  10. Lens Stroll (Aston Martin) – 14
  11. Karlos Sayns (Uilyams) – 11
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 10
  13. Pyer Qasli (Alpin) – 7
  14. İsaak Hacar (Rasinq Bulls) – 7
  15. Niko Hulkenberq (Zauber) – 6
  16. Oliver Berman (Haas) – 6
  17. Fernando Alonso (Aston Martin) – 0
  18. Liam Louson (Red Bull) – 0
  19. Cek Duen (Alpin) – 0
  20. Qabriel Bartoleto (Zauber) – 0
  21. Franko Kolapinto (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 279
  2. Mersedes – 147
  3. Red Bull – 131
  4. Ferrari – 114
  5. Uilyams – 51
  6. Haas – 20
  7. Aston Martin – 14
  8. Rasinq Bulls – 10
  9. Alpin – 7
  10. Zauber – 6
Избранный
0
2
arena.az

10Источники