RU

“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib

Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,1 % səs toplayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Şəhər və Regional Sosiologiya Mərkəzinin (CURS) keçirdiyi “exit-poll”un məlumatları göstərir.

Sorğuya əsasən “Rumınların Milli Birliyi Uğrunda” Alyansın lideri George Simion 45,9 % səs qazanıb. "Avanqard" Sosial Davranış Tədqiqat Qrupunun keçirdiyi digər “exit-poll” nəticələrinə görə, Dan 54,9 %, Simion isə 45,1 % səs toplayıb.

Seçici fəallığı 64,39 faizini təşkil edib.

"Bugünkü (dünənki-red) seçkiləri Rumıniyada köklü dəyişikliklər istəyən rumınlar birliyi qazandı", - Dan “exit-poll”un nəticələri məlum olduqdan sonra deyib. “Bu, funksional dövlət institutları, korrupsiyanın azaldılması, rumınlar üçün firavan iqtisadi mühitdir, nifrət deyil, dialoq cəmiyyəti istəyən cəmiyyətdir”, - o əlavə edib.

Избранный
0
3
report.az

10Источники