RU

Durov Fransanın seçkilər öncəsi Rumıniyada mühafizəkarların fəaliyyətini məhdudlaşdırmaq tələbini rədd edib

Telegram messencerinin təsisçisi Pavel Durov Fransa kəşfiyyatının rəhbəri Nikolas Lernerin seçkilər öncəsi Rumıniyada mühafizəkar səslərin fəallığının məhdudlaşdırılması tələbini yerinə yetirməkdən imtina etdiyini bildirib...

Poliqon xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb..

"Biz Rusiyada, Belarusda və ya İranda etirazçıların qarşısını almadıq. Avropada da bunu etməyəcəyik", Durov vurğulayıb.

Bazar günü Durov bildirib ki, Telegram Rumıniyadakı seçkilərə müdaxilə etmək üçün Qərbi Avropa hökumətindən müraciət alıb. Onun sözlərinə görə, bu tələb bu gün keçiriləcək prezident seçkiləri ərəfəsində edilib və Rumıniyada mühafizəkar səslərin susdurulması zərurəti ilə bağlı olub. Durov bu tələbi yerinə yetirməkdən qəti şəkildə imtina etdiyini vurğulayıb.

Qeyd edək ki, Rumıniya prezidentliyinə namizəd George Simion siyahılarda 1,7 milyon qondarma seçicinin olduğunu bildirib. Söhbət artıq həyatda olmayan insanlardan gedir.

Simion onu da əlavə edib ki, Moldovadan olan seçicilər avtobuslarla seçki məntəqələrinə aparılır. Xatırladaq ki, bir müddət əvvəl o, rəqibi Nikuşor Danı səsvermə günü ərəfəsində seçkiqabağı sükutu pozmaqda ittiham etmişdi.

Poliqon.info 

Избранный
0
3
poliqon.info

10Источники