RU

Niderlandda rekord sayda müsəlman məktəbi açılacaq

Niderlandda 2026-cı ildə doqquz müsəlman ibtidai məktəbi açılacaq ki, bu da son 12 ayda açılan bu tipli təhsil müəssisələrinin rekord sayıdır.

 

Modern.az xəbər verir ki, bu barədə “Trouw” qəzeti ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

 

Beləliklə, gələn ilin avqust ayından yeni İslam məktəbləri dövlət tərəfindən maliyyələşdirilməyə başlayacaq. Onlar Arnhem, Quda və Qroningen də daxil olmaqla bir sıra böyük şəhərlərdə fəaliyyət göstərəcəklər. Ümumilikdə 2026-cı ilə qədər krallıqda iki protestant və biri dünyəvi olmaqla, azı 14 yeni ibtidai məktəbin açılması planlaşdırılır.

 

Cari tədris ilinin əvvəlinə olan məlumata görə, Niderlandda 20,7 mindən çox uşaq İslam məktəblərində təhsil alır - bu, ibtidai təhsil alanların ümumi sayının 1,4 %-ni təşkil edir. Bütün təsdiq edilmiş layihələr həyata keçirilsə, 2026-cı ilə qədər ölkədə İslam məktəblərinin sayı yüzə yaxınlaşacaq.

Избранный
0
15
modern.az

10Источники