RU

20-ci mükafatçı – “Araz-Naxçıvan”

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün bütün mükafatçıları bəlli olub.

Msport.az xəbər verir ki, “Qarabağ”ın qızıl, “Zirə”nin gümüş medalı təmin etməsindən sonra bürünc mükafatçı XXXV turda dəqiqləşib.

“Araz-Naxçıvan” “Şamaxı” ilə səfər oyunundan (0:1) sonra 3-cü yeri təmin edib.

 

Premyer Liqanın bütün mükafatçıları:

1992. Neftçi (Bakı), Xəzər (Sumqayıt), Turan (Tovuz)
1993. Qarabağ (Ağdam), Xəzər (Sumqayıt), Turan (Tovuz)
1993/94. Turan (Tovuz), Qarabağ (Ağdam), Kəpəz (Gəncə)
1994/95. Kəpəz (Gəncə), Turan (Tovuz), Neftçi (Bakı)
1995/96. Neftçi (Bakı), Xəzri (Buzovna), Kəpəz (Gəncə)
1996/97. Neftçi (Bakı), Qarabağ (Ağdam), Xəzri (Buzovna)
1997/98. Kəpəz (Gəncə), Dinamo (Bakı), Şəmkir
1998/99. Kəpəz (Gəncə), Şəmkir, Neftçi (Bakı)
1999/2000. Şəmkir, Kəpəz (Gəncə), Neftçi (Bakı)
2000/01. Şəmkir, Neftçi (Bakı), Viləş (Masallı)
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. Neftçi (Bakı), Şəmkir, Qarabağ-Azərsun (Ağdam)
2004/05. Neftçi (Bakı), Xəzər-Lənkəran, Karvan (Yevlax)
2005/06. Bakı, Karvan (Yevlax), Neftçi (Bakı)
2006/07. Xəzər-Lənkəran, Neftçi (Bakı), Bakı
2007/08. İnter (Bakı), Olimpik (Bakı), Neftçi (Bakı)
2008/09. Bakı, İnter (Bakı), Simurq (Zaqatala)
2009/10. İnter (Bakı), Bakı, Qarabağ (Ağdam)
2010/11. Neftçi (Bakı), Xəzər Lənkəran, Qarabağ (Ağdam)
2011/12. Neftçi (Bakı), Xəzər Lənkəran, İnter (Bakı)
2012/13. Neftçi (Bakı), Qarabağ (Ağdam), İnter (Bakı)
2013/14. Qarabağ (Ağdam), İnter (Bakı), Qəbələ
2014/15. Qarabağ (Ağdam), İnter (Bakı), Qəbələ
2015/16. Qarabağ (Ağdam), Zirə (Bakı), Qəbələ
2016/17. Qarabağ (Ağdam), Qəbələ, İnter (Bakı)
2017/18. Qarabağ (Ağdam), Qəbələ, Neftçi (Bakı)
2018/19. Qarabağ (Ağdam), Neftçi (Bakı), Səbail (Bakı)
2019/20. Qarabağ (Ağdam), Neftçi (Bakı), Keşlə (Bakı)
2020/21. Neftçi (Bakı), Qarabağ (Ağdam), Sumqayıt
2021/22. Qarabağ (Ağdam), Neftçi (Bakı), Zirə (Bakı)
2022/23. Qarabağ (Ağdam), Sabah (Bakı), Neftçi (Bakı)
2023/24. Qarabağ (Ağdam), Zirə (Bakı), Sabah (Bakı)
2024/25. Qarabağ (Ağdam), Zirə (Bakı), Araz-Naxçıvan

 

Bu, “Araz-Naxçıvan”ın tarixində ilk medal olub. Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatları tarixində mükafat qazanan 20-ci komandadır. 1992-ci ildən keçirilən yarışda əvvəlki illərdə 19 klub “üçlüy”ə düşməyi bacarıb.

 

Premyer Liqanın mükafatçıları klublar üzrə:

Qarabağ (Ağdam): 12 qızıl – 4 gümüş – 3 bürünc
Neftçi (Bakı): 9-5-7
Kəpəz (Gəncə): 3-1-2
Şamaxı: 2-3-4
Bakı: 2-2-2
Şəmkir: 2-2-0
Turan (Tovuz): 1-1-2
Xəzər Lənkəran: 1-3-0
Zirə (Bakı): 0-3-1
Qəbələ: 0-2-3
Xəzər (Sumqayıt): 0-2-0
Xəzri (Bakı): 0-1-1
Karvan (Yevlax): 0-1-1
Sabah (Bakı): 0-1-1
Olimpik (Bakı): 0-1-0
Simurq (Zaqatala): 0-0-1
Viləş (Masallı): 0-0-1
Səbail (Bakı): 0-0-1
Sumqayıt: 0-0-1
Araz-Naxçıvan: 0-0-1

 

Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.

Избранный
0
7
msport.az

10Источники