Gəncədə qadın sürücü avtomobillə azyaşlını vurub.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını yolu keçmək istəyən azyaşlı Salam Yusibovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.