Lənkəranda yol qəzası baş verib.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, üç nəfərin xəsarət aldığı qəza Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Azriba deyilən ərazidə qeydə alınıb.
Lənkəran rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Yaqub oğlu Rəhimov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısını küçə iti çıxıb. İdarəetməni itirən avtomobil körpüyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər sürücünün həmkəndliləri 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. K. Qurbanova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev deyib ki, xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir:
"Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.İki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir. Bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".