RU

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazandı

Azərbaycanın yeniyetmələrdən ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, heyətində Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Muvəffəqi və Nilufər Oruclunun çıxış etdiyi kollektiv çoxnövçülükdə üçüncü olub.

Gimnastlar beş halqa və beş cüt gürzlə yarışlarda iki finala vəsiqə qazanıblar.

Ötən gün Azərbaycanın əsas yığması 3 top və 2 halqa ilə hərəkətlərdə gümüş medal əldə edib.

Избранный
0
6
sportinfo.az

7Источники