RU

Misli Premyer Liqasında 35-ci tur - Canlı nəticələr

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürüb. 

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilir. Qarşılaşmaların hamısı eyni vaxtda start götürüb. Bu da 3 və 4-cü yerlərin sahiblərinin müəyyənləşməsi ilə bağlıdır. 

55 xalla üçüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” səfərdə 36 xalla yeddinci yerdə olan “Şamaxı”nın qonağıdır. Naxçıvan klubu bu matçda uduzmayacağı halda üçüncü yeri təmin edəcək. Cari mövsüm bu komandaların oyunlarından ikisində "Araz-Naxçıvan" eyni hesabla (1:0) qalib gəlib, bir matç isə heç-heçə yekunlaşıb - 1:1.

30 xalla 9-cu yerdə olan “Sumqayıt” doğma divarlar arasında 49 xallı “Turan Tovuz”u sınağa çəkir. Vaqif Cavadovun istefaya göndərilməsindən sonra bu matça “Sumqayıt”ı Vurğun Hüseynov çıxaracaq. Tovuz klubu səfərdən 1 xalla dönsə, dördüncü yeri təmin edəcək. İlk 3 dövrədəki matçlardan ikisində "Turan Tovuz", birində isə "Sumqayıt" 3 xal qazanıb. 

Digər matçda isə artıq gümüş medalı təmin edən “Zirə” 5-ci pillədə qərarlaşan “Sabah”la üz-üzə gəlir. Qonaqlar dördüncü yerə ümidini davam etdirmək üçün bu matçda qələbə qazanmalı, eləcə də “Turan Tovuz”un məğlubiyyətinə ümid etməlidir. Bu mövsüm tərəflər arasında oynanılan 3 matçdan birincisi "Zirə"nin 2:0 hesablı qələbəsi, digər ikisi isə 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. 

17 may (şənbə)

17:00. "Sumqayıt" - "Turan Tovuz" - 0:0 (Birinci hissə)
Hakimlər:
Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 

17:00. "Zirə" - "Sabah" - 0:0 (Birinci hissə)
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

17:00. "Şamaxı" - "Araz-Naxçıvan" - 0:0 (Birinci hissə)
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

18 may (bazar)

17:00. "Neftçi" - "Səbail"

19:00. "Qarabağ" - "Kəpəz"

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Избранный
0
3
teleqraf.com

10Источники