“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında İstanbulda — iki ölkə nümayəndə heyətlərinin danışıqları zamanı — görüşün baş tutmaması Türkiyə ilə əlaqəli deyil”.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin “Niyə belə bir görüş baş tutmadı?” sualına cavabında deyib:
“Bu məsələ bizə bağlı deyil”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti daha əvvəl bildirmişdi ki, Ukrayna münaqişəsi ilə bağlı tərəflərə hər hansı qərarları zorla qəbul etdirmək düzgün deyil.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putin və Zelenskinin görüşünün yalnız nümayəndə heyətlərinin danışıqlarının nəticələrinə əsasən mümkün ola biləcəyini bildirmişdi.
Bizim.Media