RU

Premyer Liqada 35-ci tur başlayır – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürəcək. 

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək. Qarşılaşmaların hamısı eyni vaxtda start götürəcək. Bu da 3 və 4-cü yerlərin sahiblərinin müəyyənləşməsi ilə bağlıdır. 

55 xalla üçüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” səfərdə 36 xalla yeddinci yerdə olan “Şamaxı”nın qonağı olacaq. Naxçıvan klubu bu matçda uduzmayacağı halda üçüncü yeri təmin edəcək. 

30 xalla 9-cu yerdə olan “Sumqayıt” doğma divarlar arasında 49 xallı “Turan Tovuz”u sınağa çəkəcək. Vaqif Cavadovun istefaya göndərilməsindən sonra bu matça “Sumqayıt”ı Vurğun Hüseynov çıxaracaq. 

Digər matçda isə artıq gümüş medalı təmin edən “Zirə” 5-ci pillədə qərarlaşan “Sabah”la üz-üzə gələcək. Qonaqlar dördüncü yerə ümidini davam etdirmək üçün bu matçda qələbə qazanmalı, eləcə də “Turan Tovuz”un məğlubiyyətinə ümid etməlidir. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. 

17 may (şənbə)

17:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər:
 Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 

17:00. “Zirə” – “Sabah”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu

17:00. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Şamaxı şəhər stadionu

Избранный
0
3
idmanxeber.az

10Источники