Misli Premyer Liqasında XXXV tura bu gün start veriləcək.
Publika.az xəbər verir ki, hər üç oyun eyni saatda başlayacaq.
Qarşılaşmalar saat 17:00-da start götürəcək. "Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu, Tovuz klubu 49 xalla dördüncü pillədə qərarlaşıb.
"Zirə" evdə "Sabah"la üz-üzə gələcək. "Qartallar" 70 xalla ikinci, qonaqlar 44 xalla beşinci sıradadır.
"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı" ilə münasibətlərə aydınlıq gətirəcək. Naxçıvan təmsilçisi 55 xalla üçüncü, meydan sahibləri 36 xalla yeddincidir.
Misli Premyer Liqası
IV dövrə, XXXV tur