RU

"Gözəl qız olmuşam, deyirdi ki, səni saxlaya bilməyəcəyəm"

Müğənni Qumral Musayeva maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ifaçı ailə həyatından danışıb.

"Gənclik vaxtlarımda gözəl qız olmuşam. Anam deyirdi ki, səni çox saxlaya bilməyəcəyəm. Ya öz seçdiyinlə ailə qur, ya da mən səni ərə verəcəyəm. 18 ildir həyat yoldaşım yanımdadır. Məni gözü götürməyən müğənnilər var. Onlar kimi restoranlarda oturmuram, yalnızca oxuyub evimə gəlirəm. Məni ona görə bəyənmirlər.

Bu gün bilirik ki, kim hansı yollarla qabağa gedir. Bakı balaca şəhərdir. Məni istəyən məclislərə, məkanlara o müğənnidir ki deyib, işimə əngəl olurlar. Üz-üzə gələndə tanmırmış kimi edənlər həkimimə ona nə etmisənsə, mənə də eynisini icra et, deyirlər. Mənim paltarlarımdan dərzilərə tikdirirlər. Hamısı mənə gəlib çatır".

Musa
Milli.Az

Избранный
0
50
milli.az

10Источники