RU

İstanbul danışıqlarında dönüş nöqtəsi: Türkiyənin təklifi gərginliyi azaltdı

Türkiyənin təklifi Rusiya-Ukrayna danışıqlarını xilas etdi

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları çətin mərhələyə daxil olduqdan sonra Türkiyə tərəfi diplomatik təşəbbüslə çıxış edib və bu, tərəflər arasında dialoqun davam etdirilməsinə imkan yaradıb.

Musavat.com CNN-ə istinadən xəbər berir ki, Rusiya tərəfi Ukraynadan Krım da daxil olmaqla dörd regiondan öz qüvvələrini tamamilə çıxarmasını tələb etdikdən sonra danışıqlar iflasa uğramaq təhlükəsi ilə üzləşib. Bu məqamda Türkiyə nümayəndələri əsir mübadiləsi təklifi irəli sürüblər. Təklifə əsasən, üç kateqoriyada - hərbçilər, mülki şəxslər və uşaqlar üzrə mübadilə nəzərdə tutulur.

Türkiyəli rəsmilər bildirib ki, bu addım masadakı gərginliyi azaltdı və danışıqların yenidən konstruktiv məcraya yönəlməsinə təkan verdi. Məlumata görə, ukraynalı nümayəndə heyəti bu təklifə cavab vermək üçün müvəqqəti olaraq iclas zalını tərk edərək Kiyevdən razılıq almağa çalışıb. Rusiya tərəfinin isə cavabı daha tez gəlib.

“Danışıqlar gözləniləndən daha müsbət keçdi. Hər iki tərəf ritorikadan çox, həll yollarına fokuslandı. Bu da onu göstərir ki, hər iki ölkə çıxış yolu axtarır”, – deyə Türkiyə rəsmisi bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

Избранный
0
37
musavat.com

10Источники