Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcəyi ev oyunu üçün ilkin heyəti müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, yığmaya 29 oyunçu dəvət olunub.

Siyasət Əsgərovun yetirmələri mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaqlar. Yekun heyət mayın 25-də açıqlanacaq.

C Liqasının IV qrupu çərçivəsində Azərbaycan - Litva matçı mayın 30-da saat 18:00-da Bayıl stadionunda start götürəcək. Yığmamız qrup qalibi olmaq üçün bu görüşdə mümkün qədər böyükhesablı qələbə qazanmalıdır.

Milli komandamıza dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

N
SOYAD
KLUB
1
Aytac Şərifova
Hakkarigücü (Türkiyə)
2
Nərgiz Əliyeva
Fatih Vətən (Türkiyə)
3
Günay İsmayılova
Neftçi
4
Mehriban Şahməmmədova
Neftçi
5
Nigar Mirzəliyeva
Zenit (Rusiya)
6
Manə Mollayeva
Neftçi
7
Fidan Cəfərova
Neftçi
8
Yeliz Acar
Fatih Vətən (Türkiyə)
9
Kamilla Məmmədova
Okjetpes (Qazaxıstan)
10
Vüsalə Seyfəddinova
Neftçi
11
Firəngiz Teymurova
Neftçi
12
Nazlıcan Parlak
Qalatasaray (Türkiyə)
13
Coşqunə Əliyeva
Neftçi
14
Sevinc Cəfərzadə
Krasnodar (Rusiya)
15
Ayşən Əhmədova
Ünyespor (Türkiyə)
16
Alina Dorofeyeva
Rubin Kazan (Rusiya)
17
Diana Məmmədova
Rubin Kazan (Rusiya)
18
Milana  Rəhimova
Ünyespor (Türkiyə)
19
Ayşən Salamzadə
Neftçi
20
Xanım Əsədova
Neftçi
21
Aysun Muradova
Gölbaşı Belediye Spor (Türkiyə)
22
Alina Nəhmədova
Neftçi
23
Peritan Bozdağ
Fatih Vətən (Türkiyə)
24
Esra Manya
Fatih Vətən (Türkiyə)
25
Mədinə Curuqova
Neftçi
26
Röya Əliyeva
Sumqayıt
27
Məhsumə Nəzərli
Neftçi
28
Aydan Əkbərova
Baku Juniors
29
Aysu Əsədova
Sabah