Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 may 2025-ci il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edib.
Bizim.Media xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
3 gün davam edəcək tədbirdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edəcək. Konqresdə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunacaq.
Dünyanın ən məşhur kardiocərrahlarından biri Böyük Britaniyadan olan Prof. Dr. David Taggartın Konqresin fəxri qonağı qismində çıxış edəcək.
Konqresin ilk günü 16 may tarixində gənc ürək-damar cərrahları üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil edilib.
Tədbirdə çıxış edən ürək-damar cərrahı Ramil Əliyev "Ürəyin Cərrahi Anatomiyası" mövzusunda danışıb. O, eyni zamanda "Bakı Ürək Günləri" çərçivəsində baş tutan tədbirin önəmındən bəhs edib. Həkim bildirib ki, ürək ən önəmli orqan olduğu üçün həmin orqan barədə məlumatlı olmaq vacibdir.
Tədbir ürək-damar cərrahı Kamran Musayev və ürək-damar cərrahı Vüqar Qabaqovun kardioloji əməliyyatlar barədə praktiki təlimləri ilə davam edib.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Konqres çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunub.
17-18 may tarixlərində isə dünyanın 15-ə yaxın ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq.
Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта