RU

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,49 % azalaraq 66,65 ABŞ dolları təşkil edib.

Demokrat.az xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 64,04 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,65 ABŞ dolları və ya 2,46 % azalaraq 65,4 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
0
16
demokrat.az

10Источники