RU

“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.70 ABŞ dolları və ya 2.50% azalaraq 66.65 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 68,35 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

"Cebheinfo.az" 

Избранный
0
18
cebheinfo.az

10Источники