Rusiya Prezidenti Vladimir Putin general-polkovnik Andrey Mordviçevi yüksək vəzifəyə təyin edib.
Publika.az xəbər verir ki, Rusiya lideri bununla bağlı müvafiq sərəncam imzalayıb.
O bundan sonra Rusiya müdafiə nazirinin müavini və Rusiya quru qoşunlarının komandanı tvəzifələrini icra edəcək.
Qeyd edilib ki, general-polkovnik Andrey Mordviçev Mariopolun işğal edilməsində və Krıma quru yolunun açılmasında əsas rol oynayıb.