RU

Gəncədə avtomobil evə çırpıldı: Xəsarət alan var

Gəncədə minik maşını evə çırpılıb.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb.

Nəticədə 1998-ci il təvəllüdlü E.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Gencexeber.az


Telegram kanalımız
Избранный
0
5
yenisabah.az

10Источники