RU

“Avroviziya-2025”: Gürcüstan mübarizəni dayandırdı, Ermənistan finala çıxdı

TBİLİSİ, 16 may. TELEQRAF

“Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, səsvermənin nəticələrinə əsasən çıxış edən 15 ölkənin 10-u – Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlyandiya, Latviya, Malta və Yunanıstan finala vəsiqə qazanıb.

Gürcüstan müsabiqədə mübarizəni dayandırıb. Qonşu ölkənin təmsilçisi 22 yaşlı Mariam Şengeliya “Freedom” (Azadlıq) mahnısı ilə çıxış edib. Onun çıxışı II yarımfinalın ən təsirli nömrələrindən biri olub. M.Şengeliyanın mahnısında gürcü motivlərindən istifadə olunub, ifaçı onu həm gürcü, həm də ingilis dilində oxuyub. Müğənnini səhnədə Gürcüstanın “Erisioni” dövlət ansamblının rəqqasları müşayiət ediblər.

Müsabiqənin finalı mayın 17-də keçiriləcək.

Xatırladaq ki, “Avroviziya-2025”də Azərbaycanı təmsil etmiş “Mamagama” qrupu müsabiqənin mayın 14-də keçirilmiş I yarımfinalında çıxış edib, finala yüksələ bilməyib.

Избранный
0
2
teleqraf.com

10Источники