ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin yalnız onun Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşündən sonra həll oluna biləcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Tramp “Biz Putinə qədər heç nəyə başlamayacağıq. Heç bir irəliləyiş olmayacaq, ta ki onunla üz-üzə görüşənə qədər”, – deyə bildirib.
O, bu açıqlamanı “Air Force One” prezident təyyarəsində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə eniş etməzdən əvvəl jurnalistlərə verib.
Dubay səfəri Trampın Yaxın Şərq turu çərçivəsində etdiyi üçüncü dayanacaq olub.
Tramp həmçinin, Ukrayna və Rusiya nümayəndələrinin İstanbulda keçirdiyi danışıqlarda Moskvanın nümayəndə heyətinin tərkibi və səviyyəsi ilə bağlı narahatlığının olmadığını bildirib.
Onun sözlərinə görə, danışıqların tərkibi deyil, nəticələri önəmlidir və bu nəticələr ancaq yüksək səviyyəli liderlərin görüşündən sonra baş verə bilər.
Trampın açıqlamalarından əvvəl, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, hazırda Putin və Tramp arasında görüşün təşkili ilə bağlı heç bir hazırlıq işləri aparılmır.
Peskovun sözlərinə görə, belə bir görüş üçün tərəflər arasında konkret razılaşma və hazırlıq tələb olunur və hal-hazırda bu istiqamətdə heç bir proses getmir.
Trampın bəyanatı onu göstərir ki, ABŞ Ukrayna məsələsində real və qəti addımları yalnız Putinlə birbaşa dialoqdan sonra atmağı düşünür. Bu, danışıqlar prosesinə daha da geosiyasi rəng verir və gələcəkdə ABŞ-Rusiya birbaşa təmaslarının açar rol oynayacağını göstərir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта