RU

İlk dəfə qazanacaqlar? - Qəbələdən CANLI YAYIM

Bu gün I Liqada 26-cı tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.

Artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" dördüncü yerdəki "Zaqatala" ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Maraqlıdır ki, “qırmızı-qaralar” ilk iki dövrədə onlara qalib gələ bilməyib. Həmin oyunlar sülhlə bitib - 0:0 və 1:1.

Bu matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

"Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin edib.

“Qəbələ” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu

Избранный
0
1
sportinfo.az

10Источники