RU

Odlu silahlarla bağlı əməliyyat

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mayın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 9 tüfəng, 2 patron darağı və 49 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Odlu silahların könüllü təhvil verilməsi istiqamətində də işlər davam etdirilir. Növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi rayonu ərazisində 2 şəxs 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 20 patronu könüllü polisə təhvil veriblər.

Bundan başqa Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən bir avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Избранный
0
3
xalqqazeti.az

10Источники