RU

"Aqrarkredit" BOKT-a məxsus torpaq sahələri və fərdi yaşayış evləri hərraca çıxarılacaq

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 29-da "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan torpaq sahələrinin və fərdi yaşayış evlərinin satışı üzrə hərrac keçirəcək.

Missiya.Az bu barədə ƏMDX-ya istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca İsmayıllı, Zərdab, Qəbələ, Qobustan, İmişli, Ağstafa və Saatlı rayonlarında yerləşən 15 torpaq sahəsi, Lənkəran rayonunda yerləşən 2 fərdi yaşayış evi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Избранный
0
5
missiya.az

6Источники