RU

Putin Zelenski ilə görüşdən niyə imtina edir?  -Politoloq detalları açıqladı

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderinin sui-qəsd qorxusu və yaxın çevrəsinə olan inamsızlıq səbəbilə nadir hallarda Kremlin xaricinə çıxdığını bildirib.

72 yaşlı Putin, xüsusilə Ukrayna ilə müharibənin artan təzyiqi altında təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

Daha bir iddia isə son günlər diqqət mərkəzində olan İstanbul görüşünə son ana qədər Putinin səfər edib etməyəcəyinin sual altında qalması maraqlı nüanslar ortaya çıxarıb.

Politoloq Arzuman Muradlı hesab edir ki, Vladimir Putin artıq özündən qorxur.

“Bu reallıqdır. Putin artan beynəlxalq təzyiqlərdən qorxur. Həmçinin Rusiya lideri öz həyatını təhlükəyə atmaq istəmir. Onun Zelenski ilə görüşmək üçün İstanbula getməməsinin səbəbi birmənalı olaraq qorxmasıdır. Öz təhlükəsizliyindən əmin olmayan Putin ona görə İstanbula səfər etmədi. Putinin bu gün Türkiyədə keçirilən beynəlxalq zirvəyə qatılmamasını da bununla əlaqələndirir. Artıq Rusiya və Qərb mediası da iddia edir ki,  Putin təhlükəsizliyinin təmin ediləcəyinə tam əmin olmadığından Ukrayna Prezidenti Volodimir Zelenski ilə eyni məkanda olmaq istəməyib.” -deyə Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, Putinin qorxmasını elə Rusiya mediası dolayısı ilə təsdiq edib.

” Putin 2023-cü ildən etibarən gülləkeçirməz jilet geyinməyə başlayıb. Bu addım, Prezident Təhlükəsizlik Xidməti tərəfindən təklif edilib. Həmçinin iddialara əsasən, Putin öz mühafizəçilərinə belə tam güvənmir, onlara tez-tez səfərləri ilə bağlı yalan məlumatlar verir. Ukrayna müharibəsi çərçivəsində həlak olan, yaralanan və ya itkin düşən rus əsgərlərinin sayının təxminən bir milyona yaxın olması onun qorxusunu daha da artırıb. Bundan əlavə Rusiyada pis qərarlar verən liderlərin aqibəti bəllidir. Putinin getdikcə paranoyak davranması əbəs deyil. Hesab edirəm ki, Putinin hər hansı səhfi onun həyatı bahasına başa gələr”.-deyə Arzuman Muradlı bildirib.

Избранный
0
33
moderator.az

10Источники