RU

Bu ölkə Rusiyaya gedən gəmini saxlamaq istədi: Su-35 havaya qalxdı və...

Estoniya Hərbi Dəniz Qüvvələri NATO təyyarələrinin dəstəyi ilə Hindistanın Sikka limanını tərk edərək Rusiya limanına gedən Qabon bayraqlı JAGUAR tankerini beynəlxalq sularda saxlamağa cəhd edib.

Publika.az xəbər verir ki, əməliyyatda Estoniya patrul gəmiləri, bir helikopter, bir təyyarə və Polşa Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları iştirak edib.

Gəmi Finlandiya körfəzindən keçərkən hərbçilər onu beynəlxalq sulardan çıxarmağa və hakimiyyət orqanlarının onu saxlaya biləcəyi əraziyə məcbur etməyə çalışıblar. Tankerin heyəti təslim olmayıb, kursu saxlayıb və təqibdən uzaqlaşıb.

Daha sonra məlum olub ki, gəmi Rusiya Aerokosmik Qüvvələrinin (VKS) təyyarəsi gələndən sonra təqibdən xilas ola bilib. Bildirilir ki, Su-35 qırıcısı havaya qalxdıqdan sonra gəmini təqib edən qüvvələr pərən-pərən olub.

Bundan sonra Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini hadisə ilə bağlı etiraz notası təqdim etmək üçün çağırıb. Təyyarənin bir dəqiqə ərzində Estoniya hava məkanına daxil olduğu iddia edilib.

Избранный
0
9
publika.az

10Источники