Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, psixoloqların fikrincə, aşiq olmaq yalnız emosional bir vəziyyət deyil, eyni zamanda fizioloji və psixoloji dəyişikliklərlə müşayiət olunan kompleks bir haldır. Əgər gün ərzində özünüz də hiss etmədən bir insanı düşünür, onunla bağlı xatirələri yada salırsınızsa, bu artıq emosional bağlılıqdan xəbər verir.
Aşiq olduğunuz zaman həmin şəxslə qarşılaşarkən ürək döyüntünüz sürətlənə, ovuc içləriniz tərləyə bilər. Bu, orqanizmin "döyüş və ya qaç" reaksiyası ilə əlaqəli hormon dəyişikliklərindən qaynaqlanır. Onunla keçirdiyiniz hər an sizin üçün dəyərli olur və zamanın necə keçdiyini hiss etmirsinizsə, bu da dərin hisslərinizin göstəricisidir. Əgər öz gələcəyinizi planlayarkən o insan da bu planlarda yer alırsa, demək siz artıq onu həyatınızın daimi hissəsi kimi qəbul edirsiniz. Bu hisslərin həddi aşmaması şərtilə, sevdiyiniz şəxsi qorumaq və onunla başqalarının münasibətinə qarşı həssas yanaşmaq da sevginin əlamətlərindəndir.
Psixoloqlar bildirir ki, simpatiya və aşiq olmaq arasındakı fərq zamanla daha aydın şəkildə ortaya çıxır. Simpatiya qısa müddətli və səthi hiss ola bilər, amma aşiq olmaq zaman keçdikcə daha da dərinləşir və sabitləşir.
4Источники
-
referans.azSevgi, simpatiya yoxsa sadəcə həyəcan? — Aşiq olmağın əlamətləri ( 17298833)
-
demokrat.azSevgi, simpatiya yoxsa sadəcə həyəcan? — Aşiq olmağın əlamətləri ( 17297546)
-
bizim.mediaAşiq olmağın ƏLAMƏTLƏRİ ( 17294306)
-
milli.azSevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri ( 17292476)