Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyaya işgüzar səfərə gedib.
Operativ Media xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Məlumata görə, baş nazir Avropa Siyasi Birliyinin 6-cı növbəti sammitində iştirak edəcək.
"Albaniyada beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır", - məlumatda qeyd olunub.