RU

PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?

İstehlak malları istehsalı üzrə  aparıcı beynəlxalq şirkətlərdən biri olan Philip Morris International (PMI)  tüstüsüz məhsullar portfelini genişləndirməkdə davam edir.

Şirkət hesab edir ki, bu məhsullar ənənəvi siqaretlərdən uzaqlaşmağa və tüstüsüz gələcəyə keçidi təmin etməyə imkan verəcək. PMI-nin strategiyası elmə, texnologiyaya və pərakəndə satış infrastrukturuna böyük investisiyalar üzərində qurulub. Bu prosesdə İtaliya istehsal, ixrac və logistika mərkəzi kimi əsas rol oynayır.

Elmə ayrılan 14 milyard dollar sərmayə: diqqət zərərin azaldılmasınadır

2008-ci ildən bəri PMI IQOS, nikotin paketləri və elektron buxarlandırıcılar kimi tüstüsüz məhsulların hazırlanması, kommersiyalaşdırılması və elmi əsaslandırılması məqsədilə 14 milyard dollardan çox sərmayə yatırıb. Bu alternativ məhsullar 2025-ci ilin ilk rübündə şirkətin qlobal xalis gəlirinin 42%-ni təşkil edib. 2030-cu ilə qədər bu göstəricinin üçdə iki səviyyəsinə çatdırmaq hədəflənib.

Şirkət elmi dəlillərə istinad edərək bildirir ki, nikotin tütünlə bağlı xəstəliklərin əsas səbəbi deyil və əsas zərər yanma prosesindən qaynaqlanır. Tütünü yandırmadan qızdıran IQOS texnologiyası ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən Risk Azaldılmış Tütün Məhsulu (MRTP) kimi tanınıb. Yaponiyadan Yeni Zelandiyaya və İsveçə qədər bir sıra ölkələr də tüstüsüz məhsulların siqaret çəkmənin səviyyəsini azaltmaq potensialını qəbul edirlər.

PMI-nin məlumatlarına görə dünyada 38 milyondan çox yetkin siqaret çəkən şəxs artıq tüstüsüz alternativlərə keçib.

2013-cü ildən etibarən PMI İtaliyanın Krespellano şəhərində tüstüsüz məhsul istehsalı ilə məşğul olan dünyanın ilk fabrikini tikmək üçün 1,2 milyard avro sərmayə yatırıb. Bu zavod hazırda şirkətin əsas ixrac mərkəzlərindən biridir. 2023-cü ildə İtaliyadan ixrac 1,9 milyard avronu ötüb.

Şirkət həmçinin rəqəmsal infrastruktur (DISC mərkəzləri), İstehsal Səriştələri İnstitutu (IMC) və kənd təsərrüfatı təchizat zəncirlərinə də sərmayə qoyur. PMI İtaliyada ən böyük özəl tütün alıcısı olaraq, yerli fermerlərin dəstəyinə artıq 2 milyard avroya yaxın vəsait ayırıb.

Pərakəndə şəbəkə və bazar əhatəliliyi

22025-ci ilin martına olan vəziyyətə görə, PMI-nin İtaliyadakı pərakəndə infrastrukturu 58 milyon insanı əhatə edib, onlardan 13 milyonu – yetkin nikotin istehlakçılarıdır (LANU).

 Yalnız Milano Area 2 regionunda onlarla satış nöqtəsi və müştəri təcrübəsi üzrə koordinator fəaliyyət göstərir. Hər bir satıcı orta hesabla 1,100–1,400 LANU-yə xidmət göstərir ki, bu da bazarın yüksək əhatə dərəcəsinə sübutdur.

Şirkət fərdi müştəri təcrübəsinə, birbaşa ünsiyyətə və regional xüsusiyyətlərə uyğunlaşmağa önəm verir.

Davamlılıq və təkrar emal

PMI 2025-ci ilə qədər istifadə olunan 1 milyon IQOS, LIL və VEEV cihazını təkrar emal etmək və materialın 80%-dən çoxunu təkrar istehsala cəlb etmək məqsədi qoyub. Şirkət, həmçinin, gender bərabərliyi, ədalətli əməkhaqqı və ailəyə dəstək siyasətləri üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

Bu, Azərbaycan üçün niyə əhəmiyyətlidir?

Dünyada zərərin azaldılması strategiyalarına marağın artdığı bir dövrdə PMI-nin təcrübəsi davamlı tütün siyasəti axtaran ölkələr üçün nümunə ola bilər.

Azərbaycanın ixrac potensialını artırmaq və yüksək texnologiyalı istehsalı yerli səviyyədə inkişaf etdirmək istəyi fonunda PMI-nin İtaliya modeli həm iqtisadi tərəfdaşlıq, həm də əhalinin sağlamlığı baxımından strateji önəm daşıyır.

PMI-nin tüstüsüz məhsulları artıq Azərbaycanda mövcuddur. İtaliya kimi inkişaf etmiş bazarlara baxış Azərbaycanda da neftdən kənar sahələrdə biznesin mümkün inkişaf trayektoriyasını təsəvvür etməyə imkan verir. Tamamilə zərərsiz olmamasına baxmayaraq, tüstüsüz məhsullar nikotindən imtina etməyənlər üçün daha yaxşı alternativdir.

İtaliya nümunəsi göstərir ki, tüstüsüz məhsullar böyük iqtisadi potensiala malikdir.
 

Избранный
0
1
anews.az

10Источники