Macarıstanın hava hücumundan müdafiə qüvvələri iki ölkə sərhədi yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Magyar Hirlap” qəzeti məlumat yayıb.
Bildirilib ki, hakimiyyət orqanları cihazın Ukrayna xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyindən şübhələnir. Pilotsuz təyyarə Macarıstanın hava məkanında radar vasitəsilə aşkarlanıb.
Kəşfiyyat mənbələrinə görə, insident Ukrayna və Macarıstanın xüsusi xidmət orqanları arasında aylarla davam edən müharibənin bir hissəsidir.
Belə ki, hadisə ötən həftə baş versə də, ancaq indi məlum olub.
Macarıstan hökumətindən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib./Axar.az
Telegram kanalımız