RU

Dünya Bankı ilə şəhər mobilliyi sahəsində birgə addımlar atılacaq

Dünya Bankı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibinə daxil olan qurumlarla birgə layihələr icra edəcək.

Teleqraf xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bu barədə "X" platformasında paylaşım edib.

Nazir maliyyə qurumunun Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdüklərini bildirib:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyata keçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik. Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırdıq"- deyə Rəşad Nəbiyev paylaşımında qeyd edib.

Избранный
0
23
teleqraf.com

10Источники