Bakı. Trend:
Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və şəhər mobilliyisahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasınırazılaşdırıb.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru RolandPrays ilə görüşdük.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyatakeçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzitpotensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik.
Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsindəbirgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasınırazılaşdırdıq", - paylaşımda qeyd olunub.