RU

“Türkiyə olmasa, ABŞ sursat istehsal edə bilməyəcək”- NATO rəhbərindən açıqlama!


NATO-nun baş katibi Mark Rutte İstanbulda keçiriləcək danışıqları, eləcə də Türkiyənin müdafiə sektorunun inkişafı və terrorla mübarizə sahəsində əldə etdiyi uğurları şərh edərkən bir sıra açıqlamalar verib. Onun sözlərinə görə, Kiyev və Moskvanın Türkiyədəki görüşü sülh yolunda dönüş nöqtəsinə çevrilə bilər. “Ukrayna məsələsini daha yaxşı istiqamətə çevirmək üçün indi fürsət pəncərəsi var: “Türkiyə burada böyük rol oynayır”, deyə Rutte vurğulayıb.

O, terror təşkilatı PKK-nın dağıdılıb tərksilah edilməsinə də münasibət bildirib və hadisəni “çox, çox vacib bir inkişaf” adlandırıb. Rutte bildirib ki, Türkiyə NATO-nun terror hücumlarına ən çox məruz qalan müttəfiqlərindən biridir və alyans onun təhlükəsizlik təhdidləri ilə mübarizə səylərini yüksək qiymətləndirir. Rutte həmçinin qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğan müttəfiqlər arasında müstəsna hörmətə malikdir: “O, NATO daxilində görkəmli liderdir”. Alyans rəhbəri qeyd edib ki, Türkiyənin hərbi sənaye kompleksi bütün alyans üçün strateji əhəmiyyətə malikdir. O, bu gün Türkiyə şirkətləri ilə sıx əməkdaşlıq etmədən hətta ABŞ-da döyüş sursatı istehsalının belə mümkün olmadığını vurğulayıb. Türkiyəyə Eurofighter qırıcılarının satışı ilə bağlı mümkün sövdələşməni də şərh edən Rutte qeyd edib ki, müttəfiqlər arasında heç bir məhdudiyyət olmamalıdır: “Alyans daxilində silah satışına qadağa qoyulmamasına çağırıram”.

Surxay Əliyev

Избранный
0
50
baki-xeber.com

10Источники